Dünya

Hər girova 5 milyon dollar...

Hər girova 5 milyon dollar...

İsrail HƏMAS hərəkatının əsarətindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazır olduğunu açıqlayıb.

Demokrat.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu noyabrın 19-da Qəzza zolağına səfəri zamanı bildirib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə deyirəm: kim bizə girov gətirsə, təhlükəsiz çıxışı təmin edəcəyik. Həm onun, həm də ailəsinin”, - deyə Netanyahu fələstinlilərə müraciət edərək mükafatın məbləğini açıqlayıb.

“Seçim sənindir. İstənilən halda nəticə eyni olacaq: biz hamını geri qaytaracağıq”, - o əlavə edib.

NE
Nihadə Eyyubova