ABŞ Kiyevə Rusiyanın 300 km-ə qədər dərinliyinə zərbələr endirməsinə icazə verib.
Demokrat.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Komissarı Cozep Borrell mətbuat konfransında deyib.
“Bu, çox da uzaq deyil, lakin bu, ABŞ administrasiyasının qərarıdır. Niyə bu qərarı əvvəllər deyil, indi veriblər, bilmirəm”, - diplomat qeyd edib.
Onun sözlərinə görə, bu mövzu Aİ xarici işlər nazirlərinin görüşündə müzakirə olunub.