Rusiyaya yardım etdiyi üçün İrana qarşı sanksiyalar genişləndirilir

DÜNYA 18 noyabr 2024, 18:58
Aİ Rusiyaya hərbi yardım göstərdiyi iddiası ilə İrana qarşı yeni sanksiyalar tətbiq edib. Demokrat.az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat verilib.

İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb.

Avropa İttifaqı həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə - MG-Flot, VTS-Broker və Arapax-a qarşı sanksiyalar tətbiq edib.

Aİ Şurası qeyd edib ki, bu tədbirlər İranın pilotsuz uçuş aparatlarının, raketlərinin və müvafiq texnologiya və komponentlərinin ötürülməsi üçün gəmi və limanlardan istifadənin qarşısını almaq məqsədi daşıyır.

 Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top