Astarada avtomobil qadını vuraraq öldürüldü

HADİSƏ 17 noyabr 2024, 22:15
Astarada avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə Pensər kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Qismət Cəbrayıl oğlu Feyziyev idarə etdiyi VAZ-2104 markalı minik avtomobili ilə yolu keçən Xəyalə Məzahir qızı Nəsirovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top