Fatih Terimə şok ittiham: "Artıq pul aldığını bilirdi"

İDMAN 16 noyabr 2024, 10:57
Yüksək gəlir vədi ilə xüsusi fond təklif edərək Arda Turan, Fernando Muslera, Emre Belözoğlu və Fatih Terim kimi məşhur şəxslər də daxil olmaqla 39 nəfəri aldatdığı iddia edilən "Denizbank"ın keçmiş şöbə müdiri Seçil Erzan 11 aprel 2023-cü ildə həbs edilib.

Demokrat.az
xəbər verir ki, İstanbul 41-ci Ağır Cinayət Məhkəməsində baş tutan iclasa işin yeganə həbsdə olan təqsirləndirilən şəxsi Seçil Erzan, habelə həbsdə olmayan təqsirləndirilən şəxslər Ali Yörük, Atilla Yörük, Nazlı Can və Asiye Öztürk, eləcə də tərəflərin vəkilləri qatılıb. 

Zərərçəkmiş Erkan Karaca məhkəmədəki ifadəsində Seçil Erzanla 2019-cu ildə tanış olduğunu qeyd edərək bunları deyib:

"O, bizə bir fondan danışdı. Bu fondun gizli olduğunu, adının "Fatih Terim Fondu" olduğunu və fondun rəhbərinin Hakan Ateş olduğunu bildirdi".

Seçil Erzan isə öz ifadəsində bunları deyib:

"Fatih Terim məndən pul istədikcə, ona pul aparırdım. O özü artıq pul aldığını bilirdi. Bu insanları aldatmamışam. Futbolçular bir-birinin qazancını görərək mənə müraciət edirdilər. Məsələn, Selçuk İnan Semih Kayaya zəng edib "Seçil, mənə çox qazandırdı, sən də qoşul’ deyib".

Sərbəst buraxılmasını tələb edən Erzan "20 aydır həbsdəyəm. Mən həmişə əsl qurbanlardan və əlavə pul götürənlərdən danışmışam. Heç kimi aldatmaq niyyəti ilə hərəkət etməmişəm. Əlavə pul alanlar pulu qaytarsaydı, bu hal baş verməzdi", deyib.

Prosesə Xəzinə və Maliyyə Nazirliyinin vəkili gələrək işdə iştirak etməyi xahiş edib. Məhkəmə cinayətdən nazirliyin zərər görəcəyi ehtimalını nəzərə alaraq, iştirak ərizəsini qəbul edib. Bununla nazirlik də işə qarışıb.

Məhkəmə kollegiyası Seçil Erzanın həbsinin davam etdirilməsinə qərar verib və iclası təxirə salıb.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
Top