Sabiq prokurorun qardaşının məhkəməsi oldu

HADİSƏ 14 noyabr 2024, 16:46
Dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırım, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəməsinin hazırlıq iclası keçirilib.

Demokrat.az Unikal.az-a istinadən Bakı Ağır Cinayətlər Məhkəməsində Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər və vəkilləri, eləcə də zərərçəkmiş şəxsin nümayəndəsi ittiham aktı ilə tanış olmadıqlarını bildiriblər.

Məhkəmə müşavirəsi əsasında proses iştirakçılarının ittiham aktı ilə tanış olması üçün vaxt verilməsinə qərar verilib .

Hazırlıq iclası 26 noyabr tarixinədək təxirə salınıb.

Qeyd edək ki, Rasim İldırım, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Rasim İldırım Xətainin sabiq prokuroru, “Əmrah Bank”ın təsisçisi Yusif İldırımzadənin qardaşıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 noyabr 2024, 00:07
14 noyabr 2024, 23:58
14 noyabr 2024, 22:26
Top