Ağadadaş Ağayevin həbsi istənilib — VİDEO

HADİSƏ 14 noyabr 2024, 16:26
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az
APA-ya istinadla xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş edib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirə olub. Müşavirədən sonra hakim Xalq artistinin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilmədiyini açıqlayıb. Digər vəsatət isə baxılmamış saxlanılıb.

Məhkəmə baxışının noyabrın 28-nə təyin olunması ilə bağlı qərar qəbul edilib.

xxx
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.


Demokrat.az "Report"a istinadən xəbər verir ki, barəsindəki cinayət işi ilə əlaqədər təqsirləndirilən Ağadadaş Ağayev Binəqədi rayon Məhkəməsinə gəlib.

Yaxın dəqiqələrdə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top