Prezidentin köməkçisi: "Azərbaycana qarşı qərəzli kampaniya aparılır"

SİYASƏT 12 noyabr 2024, 14:49

"COP29-un keçirilməsi ilə bağlı Azərbaycana qarşı qərəzli kampaniya aparılır".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Qərb ölkələrinin bir sıra əsas media orqanları bu məsələdə ön sırada dururlar:

"Qlobal iqlim dəyişikliyi bütün dünyanı narahat edən ciddi problemdir. Qərb mediası diqqəti bu məsələyə yönəltmək və ciddi nəticələr əldə edilməsi istiqamətində səylər göstərmək əvəzinə, fikri başqa istiqamətə yönləndirmək üçün addımlar atır".

Daha ətraflı Baku TV-nin süjetində:

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top