Nazir: "Məsələ tərəflərin elmin verdiyi cavabları qəbul edib əməli addımlar atması ilə bağlıdır"

SOSİAL 12 noyabr 2024, 13:46
"İqlim dəyişikliyinin qarşısını almaqda elmin rolu ilə yanaşı, əsas amil maliyyələşmə və insan davranışıdır".

Bunu Demokrat.az açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Mənim inandığım budur ki, elmi araşdırmalar suallara cavabları ortaya qoyur. Sadəcə olaraq, məsələ tərəflərin bu cavabları qəbul edib əməli addımlar atması ilə bağlıdır, nəinki elmin acizliyi", - nazir deyib.

O, Azərbaycan alimlərinin də bu istiqamətdə tədqiqatlarının olduğunu deyib:

"İnanıram ki, gələcəkdə bu tədqiqatların sayı artacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top