BMT əməkdaşları noyabrın 11-də Bakıda öz işinə başlayan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilindən razıdırlar.
Demokrat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bütün ölkə ictimaiyyəti səfərbər olub ölkənin qüruru kimi qəbul edərək COP29-un təşkilində birbaşa və ya dolayı yolla iştirak etmək istəyir:
"Təşkilatçılar o qədər məsuliyyətlidirlər ki, özlərinə belə tənqidi yanaşırlar. Bütün addımları daha yaxşı ata biləcəklərini qeyd edirlər. Biz iştirakçı kimi bütün məsələlərdən razılıq görmüşük. Tədbirin bizə aid olan hissəsində 200-ə yaxın qonaq var.
BMT-nin müxtəlif ofislərindən olan qonaqlarımız da tədbirdən razılıq edirlər. Həm rəsmi, həm də qeyri-rəsmi müzakirələrimiz zamanı həmkarlarımın da təşkilatçılıqdan tam razı olduğunu əminliklə deyə bilərəm".