Vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi

DAXİLİ SİYASƏT 08 noyabr 2024, 17:41
Dövlət Gömrük Komitəsinin (DGK) Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edilib.

Demokrat.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun verdiyi əmrlə sözügedən vəzifəyə Şamil Həsənli təyin olunub.

Ötən ilin iyul ayında Gəncə Gömrük İdarəsinin rəisi təyin olunmuş Pərviz Qədirov isə Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Şamil Həsənli DGK Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin əməkdaşı olub. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonları ərazisində gedən döyüşlərdə iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top