Qarabağ və Şərqi Zəngəzurdakı aqrar təyinatlı torpaqların icarəyə veriləcək.
"Parlament bu barədə qərarı təsdiqləyib. Qərara əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
“Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib".
İqtisadçı Akif Nəsirli qərarın əhəmiyyətini Demokrat.az-a şərh edib.
O bildirib ki, azad edilmiş ərazilərdəki torpaqlar boş saxlanılıb, hansını əkmək mümkündürsə, becərilir:
“Azad edilmiş ərazilərdəki yararlı torpaq sahələri indi də Azərbaycan iqtisadiyyatına töhfəsini verir. Həmin torpaqların öz sahiblərinə verilməsi məsələsi hələ ki gündəmdə deyil. Məşğulluğu təmin etməkdən ötrü icarəyə verilir hələlik. Güzəştli şərtlərin nədən ibarət olacağı maraqlıdır. Hazırda həmin torpaqlar aqroparklara icarəyə verilir, hektarı 4-5 manata.
Görəsən, yerli camaata hansı qiymətə veriləcək? Hesab edirəm ki, vətəndaşlara becərə biləcəkləri qədər torpaq pulsuz verilməlidir. Adama bir hektar torpaq bir ailəni dolandıra bilər. İstəyənə 10 hektar verilsin, becərsin, həm özü dolansın, həm də ölkə iqtisadiyyatına töhfə versin. Nəyə görə xarici sahibkara ucuz qiymətə, yerli sakinə, məsələn, 100 manata verilməlidir? Bu torpaqların sahibi keçmiş məcburi köçkünlərdir. Onlara bir neçə illiyə torpaqlar əkin-biçin üçün pulsuz verilməlidir”.
Törə Zeynallı
Demokrat.az