Politoloq: "Tramp seçki öncəsi reallığa uyğun olmayan vədlər verib"

SİYASƏT 06 noyabr 2024, 19:56
"Amerikada hakimiyyətin dəyişməsinin Ukraynaya necə təsir edəcəyi bütün dünyanı düşündürən sualdır. Ukrayna ilə bağlı bu sual bəlkə də Trampın özünü hamıdan çox düşündürür. Seçki öncəsi verdiyi sözlərin uzun müddət girovunda qala biləcəyindən ehtiyat edir. Seçki öncəsi Ukrayna məsələsi ilə bağlı reallığa uyğun olmayan sözlər verib. Ukrayna kimi ağır problemi Trampın dediyinə uyğun olaraq 24 saat ərzində dəyişdirmək qeyri-mümkündür. Yəqin ki, Tramp verdiyi sözləri yerinə yetirməsə, Amerika cəmiyyəti ilə balans tapmağa çalışacaq. Seçkidən sonra müəyyən durğunluğun yaranması şübhəsizdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib: 

O bildirib ki, fasilənin bitməsindən sonra Amerikanın Ukrayna məsələsində radikal dönüş edəcəyi ehtimalı çox zəifdir:

"Zahirən belə görünür ki, Amerika ilə Avropa arasında fikir ayrılıqları var. Ancaq hər ikisi Ukrayna məsələsində müttəfiq kimi hərəkət edirlər. Onların fikir ayrılığı yalnız Ukraynaya ayrılan vəsait məsələsində olur. Hər iki tərəf bir-birindən daha çox vəsait ayırmasını tələb edir".

Politoloqun sözlərinə görə, ABŞ-ın Ukraynaya hərbi maliyyə yardımlarının zəifləməsi eyni zamanda Avropa dövlətlərinin İsrail-Həmas münaqişəsinə olan münasibətlərini dəyişə bilər:

"İsrail-Həmas münaqişəsində Amerika daha maraqlıdır. Amerikanın Ukraynaya dəstəyinin zəifləməsi Avropanın İsrailə dəstəyinin zəifləməsidir. Avropanın İsrailə dəstəyi Amerikaya dəstəyinin davamıdır.  Amerikanın Ukraynaya dəstəyinin zəifləməsi təkcə Ukrayna cəbhəsində özünü göstərməcək. Ona görə də Amerikanın Ukrayna siyasətində kəskin dəyişiklik qəfil özünü göstərməyəcək. Fasilədən sonra Avropa və Amerikanın yeni istiqamətləri bəlli olacaq. Bu siyasətin eyni aparılacağını düşünürəm. Ukraynaya Amerikanın maliyyə dəstəyini zəiflətməsi Qərb üçün ağır nəticələr verər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 yanvar 2025, 08:30
Top