TDT sammitinin iştirakçıları türk dünyasını qorumaq əzmindədir

XARİCİ SİYASƏT 06 noyabr 2024, 13:16
Türk Dövlətləri Təşkilatı (TDT) sammitinin iştirakçıları türk dünyasını qorumaq əzmindədir.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammitdə çıxışı zamanı bildirib.

"Birləşərək, çalışaraq birliyimizi irəli aparacağıq. İclasımız türk dünyası üçün çox xeyirli olacaq, əməkdaşlığı və dostluğu gücləndirəcək", - o qeyd edib.

Ərdoğan, həmçinin qeyd edib ki, TDT-yə üzv ölkələr müxtəlif maneələri dəf etməli olub.

"Hələ qarşıda uzun yol var. Biz qarşıdakı dövrün "Türk dünyası əsri" olması üçün bütün lazımi səyləri göstərəcəyik", - Türkiyə Prezidenti vurğulayıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 14:58
Top