Hakan Fidan Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb

XARİCİ SİYASƏT 06 noyabr 2024, 10:00
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ermənistanla münasibətlərinin normallaşması üçün şərti xatırladıb.

Demokrat.az-ın məlumatına görə, o, bu barədə Türkiyə KİV-inə müsahibəsində söyləyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması halında Türkiyə - Ermənistan münasibətləri də normallaşacaq:

“Tərəflər arasında əldə olunmuş razılıqları regiondakı sülh və sabitlik baxımından önəmli hesab edirik. Tərəflər razılığa yaxınlaşır. Bunu görməkdən məmnunuq. Sərhəd məsələsində əldə olunan anlaşma bu irəliləyişin gözəl nümunəsidir”. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top