Şəhərdə və ətraf ərazilərdə "fast food" mağaza zincirlərinin çoxalması, fərqli adda restoranların açılmasını müşahidə edirik. Sürətli qida zənciri milli mətbəx anlayışını çocdan geridə qoyub.
Son zamanlar bu cür restoranlara tələbatın artmasının səbəbi nədir?
"Son zamanlar ölkəmizdə sürətli qidalanma üzrə vərdişlərə yiyələnən və sürətli qida ilə öz gündəlik qida ehtiyacını təmin edən istehlakçıların sayı artıb. Sürətli qidalanma sahəsi olan "fast food" istehsal edən müəssisələr də kifayət qədər çoxalıb. Buna səbəb insanların gündəlik həyat tərzində qidaya daha az zaman ayırmaq istəmələri və sürətli həyat tərzi keçirmələridir. Bu təkcə ölkəmizdə deyil, bütün dünyada bu cür izah edilir".
Bu sözləri Demokrat.az-a "Refresh Group" icraçı drektoru, qida mütəxəssisi Seymur Qafarov deyib:
Onun sözlərinə görə, inkişaf etmiş ölkələrdə olan, sınaqdan keçmiş sürətli qidalanma restoranları ölkəmizə də hazır modul üzərindən gətirilir:
"Həmin modula qida məhsullarının tərkibindəki dəyərlər, karbon emissiyası, normalar, daşınmasında istifadə olunan qabların müşahidə edici sənədləri, miqrasiya normalı daxildir.
Əsasən qərb ölkələrindən, ABŞ-dan və Rusiyadan öz təsdiqini tapmış müəssisələr Azərbaycanda fəaliyyətə başlayır. Bu cür yerlərdən qidalandıqda mütləq şəkildə qidanın göstəricilərinə, qablaşdırmanın tamlığına, ərzaq məhsullarının müşahidə edici sənədlərinə diqqət yetirmək lazımdır. İsti və soyuq qida zəncirinə də diqqət yetirmək lazımdır.
"Fast food" qidaları hazırlandıqdan sonra 2 saat ərzində yeyilməlidir. Bu müddət ərzində 60 dərəcə selsi temperaturun altına düşməməlidir. Belə olduğu halda məhsulların təminatı düzgün olacaq, insan sağlamlığına zərər yetirməyəcək".
Əfsanə Kamal
Demokrat.az