“Qərbi Azərbaycana qayıdış" mövzusu- bizim prioritet istiqamətimizdir — Aygün Əliyeva

DAXİLİ SİYASƏT 05 noyabr 2024, 13:53
“Zəngəzur dəhlizi- yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfransında salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bidirib ki, son iki ildə “Qərbi Azərbaycana qayıdış" mövzusu bizim prioritet istiqamətlərdən biridir:

“Bu günə qədər bu mövzuda 54 layihə dəstəklənib. Bu mövzu həm də hər bir azərbaycanlı üçün, bizim haralı olduğumuzdan asılı olmayaraq, mənəvi bir mövzudur. Xüsusilə qeyd etmək istəyirəm ki, İradə xanımın adını çəkdiyi kitab və bu ictimai birliyin məhz təşəbbüskarı olduğu bir çox layihələr Agentliyinin maliyyə dəstəyi ilə icra olunub. Proqramın ümumi zənginliyi bu tədbirin faydalı və məhsuldar olacağı göstərir. Zəngəzur dəhlizi təkcə lokal müstəvidə deyil, həm də regional və kontinental müstəvidə çox önəmlidir”

Aygün Əliyeva həmçinin qeyd edib ki, son illərdə, xüsusilə də son iki ildə Şuşa - Xankəndi yolundakı etiraz aksiyasından tutmuş Oxçuçayın ekoloji vəziyyəti, Sərsəng su anbarı ilə bağlı vətəndaş cəmiyyətinin təşəbbüsləri doğrudan da QHT sektorunu Azərbaycan cəmiyyətinin vacib bir seqmentinə çevirib. Qarşıdan gələn COP 29 tədbirində də vətəndaş cəmiyyəti aparıcı mövqelərdən birində olacaq. Həmçinin bu konfrans vətəndaş cəmiyyətinnin inkişafı üçün də vacib bir platforma olacaq” — deyə icraçı direktor qeyd etdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 noyabr 2024, 12:47
21 noyabr 2024, 12:30
Top