2024-cü il 11-22 noyabr -COP 29 keçirildiyi tarixlərdə Salyan rayonu ərazisində bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi və müvafiq ərazilərin sanitar təmizliyinin daim diqqətdə saxlanılması və zəruri tədbirlər görülməsi məqsədilə qərargah yaradılıb.
Demokrat.az xəbər verir ki, qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə qaynar xətt xidməti (255-07-13) və fasiləsiz növbətçilik sistemi təşkil edilib.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun rəhbərliyi ilə rayonda aidiyyatı məsələlərin müzakirəsi məqsədilə qərargahın iclası keçirilib.
İclasda qərargah üzvləri tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsinin təmin edilməsi və COP29-un respublikamızda keçiriləcəyi tarixlərdə rayonda elektrik, qaz, su, yol infrastrukturunun fəaliyyətinin fasiləsiz təmin edilməsi və ərazilərin sanitar təmizliyinin nəzarətdə saxlanılması saxlanılması istiqamətində mövcud vəziyyət müzakirə olunmuş mühüm tapşırıqlar verilmişdir.