“Xalqın mədəni sərvəti” layihəsi Bülbülə həsr olundu — FOTOLAR

MƏDƏNİYYƏT 04 noyabr 2024, 22:56

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi “Xalqın mədəni sərvəti” layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub. 

Layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.

Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun “İntizar”, Vasif Adıgözəlovun “Qərənfil” əsərlərini ifa ediblər.

 







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top