İspaniya Kral Futbol Federasiyası (RFEF) daşqın səbəbindən təxirə salınan ölkə kubokunun oyunlarının keçiriləcəyi vaxtı açıqlayıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Ehea" - "Herkules" görüşü noyabrın 14-də, "Pontevedra" - "Levante" noyabrın 19-da, "Parla Eskuela" - Valensiya və "Manises" - "Xetafe" matçları isə noyabrın 26-da baş tutacaq.
"Espanyol" - "Real Sosyedad" qarşılaşmasının keçiriləcəyi tarix isə müəyyənləşməyib.
Qeyd edək ki, RFEF daha əvvəl İspaniya La Liqasının XII turunun “Valensiya” – “Real” (Madrid) və “Vilyarreal” – “Rayo Valyekano” oyunlarını təxirə salmışdı.