Avropa Komissiyası: "ABŞ-da keçiriləcək seçkilərinin istənilən nəticəsinə hazırıq"

DÜNYA 04 noyabr 2024, 17:34
Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Erik Mamer bildirib ki, AK ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərin heç birinə üstünlük vermir və səsvermənin istənilən nəticəsinə hazırdır. 

Demokrat.az
xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Mamerin sözlərinə görə, Avropa İttifaqının ali icraedici orqanının vəzifələrinə nə Avropa İttifaqında, nə də digər ölkələrdə seçkilərdə hər hansı namizədi dəstəkləmək daxil deyil.

Avropa Komissiyasının sözçüsü Brüsseldə keçirdiyi brifinqdə "Bizim rolumuz bu seçkilərin istənilən nəticəsinə hazır olmaqdır" deyib.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 20:05
Top