“Mənə həqiqəti desəydilər, “Fənərbağça”ya gəlməzdim” — Mourinyo

İDMAN 04 noyabr 2024, 14:40
““Fənərbağça” rəhbərliyini qınayıram. Onlar mənə həqiqətin yarısını deyiblər”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo ötən gün “Trabzonspor”la keçirilən oyundan sonra deyib.

“Fənərbağça” rəhbərliyini qınayıram. Onlar mənə həqiqətin yarısını deyiblər. Gördüyüm həqiqət daha pis idi. Mənə hər şeyi desəydilər, “Fənərbağça”ya gəlməzdim. Oyunçularımla birlikdə həm rəqiblərimizə, həm də sistemə qarşı mübarizə aparırıq”, - Mourinyo bildirib.

“Fənərbağça”nın baş məşqçisi hakim qərarlarına etiraz olaraq “matçın adamı”nın VAR hakimi Atilla Karaoğlan olduğunu bildirib.

“Matçın adamı Atilla Karaoğlandır. Biz bu gün “Trabzonspor”a qarşı yox, sistemə qarşı oynadıq və onun adı Atilla Karaoğlandır. Atilla Karaoğlanı yenidən nə baş hakim kimi, nə də VAR hakimi kimi matçlarımızda görmək istəmirik”, - o qeyd edib.

Qeyd edək ki, “Trabzonspor” Şenol Günəş stadionunda “Fənərbağça”nı qəbul edib. İlk hissədə “Trabzonspor”un təzyiqinə tab gətirməyi bacaran “Fənərbağça” 42-ci dəqiqədə Fredlə qol vurub. “Trabzonspor” isə VAR qərarları ilə verilən iki penalti nəticəsində Banzanın 59 və 67-ci dəqiqələrdə vurduğu qollarla 2-1 önə keçib. “Fənərbağça” bu qola 9 dəqiqə sonra Edin Dzeko ilə cavab verib və hesabı 2-2-yə gətirməyi bacarıb. “Fənərbağça”lı Amrabat son saniyələrdə vurduğu qolla komandasını 3-2 önə çıxarıb və oyunun son hesabını müəyyən edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top