Dünyada ən yüksək IQ sahibi şəxs məlum oldu — Prezident müşaviridir

MARAQLI 05 noyabr 2024, 14:21
ABŞ Prezidenti Co Baydenin elm və texnologiya üzrə müşaviri Terens Tao yeni rekord müəyyən edərək, dünyada ən yüksək İQ-ya sahib olub.

Demokrat.az xəbər verir ki, bu barədə “BBC Science Focus” jurnalı yazıb.

Jurnalın yazdığına görə, onun intellekt əmsalı 225-230 arasında müəyyən olunub.

“Riyaziyyatın Motsartı” ləqəbli Tao Los-Ancelesdəki Kaliforniya Universitetinin ən gənc professorudur.

O, 9 yaşında universitet səviyyəsində elm öyrənməyə başlayıb və 16 yaşında artıq doktorluq dissertasiyası üzərində işləməyə başlayıb.

Riyaziyyatçının 300-dən çox elmi məqaləsi və 17 kitabı nəşr olunub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top