Xəbər verdiyimiz kimi, bu gün Bakıda Dini Liderlərin Qlobal Sammiti keçirilir. İki gün davam edəcək sammitdə 55 ölkəni, 30 beynəlxalq təşkilatı, aparıcı KİV-ləri təmsil edən 220-dən çox qonaq iştirak edir. Dini Liderlərin Qlobal Sammiti Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunur. “Dünya Dinləri Yaşıl Planet Uğrunda” şüarı altında keçirilən tədbirin tərəfdaşları qismində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Müsəlman Ağsaqqalları Şurası və BMT-nin Ətraf Mühit Proqramı çıxış edir.
Millət vəkili Ceyhun Məmmədov COP29 ərəfəsində Dini Liderlərin Qlobal Sammitinin Bakıda keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, tədbirdə dünya dini liderləri bütün dünyanı iqlim dəyişiklikləri ilə mübarizəyə çağırır:
“Hesab edirəm ki, ətraf mühit və iqlimlə bağlı taleyüklü məsələlərin həllində dini liderlər də mühüm rol oynaya bilərlər. Onlar bu istiqamətdə dialoqun gücləndirilməsi üçün səylərini artıra bilərlər. Müqəddəs kitablara baxanda da bununla bağlı çağırışları görürük. Konfransda əhəmiyyət kəsb edən çağırışlar edildi. Bu çağırışlar Azərbaycanın növbəti dəfə qlobal proseslərə töhfə verdiyini göstərir.
Ölkəmiz dünyada baş verən proseslərə biganə qalmır, həllində rol oynamağa çalışır. Sammitdə dünyanın nüfuzlu dini liderlərinin iştirakı və Azərbaycanın mövqeyini dəstəkləmələri mühüm əhəmiyyət daşıyır. Bu sammitin xüsusi ictimai və siyasi əhəmiyyəti var. Düşünürəm ki, səsləndirilən çağırışlar mövcud proseslərə töhfə verəcək və Azərbaycanın öz məqsədlərinə çatmasına qatqı olacaq”.
Törə Zeynallı
Demokrat.az