Qarabağın Norveçə səfər proqramı müəyyənləşib.
UEFA Avropa Liqasında "Budyo Qlimt"lə üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.
Demokrat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, komanda sabah günortadan sonra Budyo şəhərinə yollanacaq:
"Yerli vaxtla təxminən saat 21:00-da orada olacağıq. Oyundan sonra Bakıya qayıdacağıq. Noyabrın 6-da, yerli vaxtla saat 17:40-da mətbuat konfransı, 18:00-da açıq məşq gerçəkləşəcək. Bizim azarkeşlərimiz üçün isə 400 bilet ayrılıb".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.