Uqandada qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vuraraq öldürüb

DÜNYA 03 noyabr 2024, 19:49
Uqandanın şimalında yerləşən qaçqın düşərgəsində ibadət zamanı 14 nəfəri ildırım vurub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yerli polisə istinadən məlumat yayıb.

Hadisə Lamvoda qeydə alınıb. Onların hamısı həlak olub.

Daha 34 nəfərin yaralandığı bildirilir.

Agentliyin məlumatına görə, burada Cənubi Sudandan olan qaçqınların məskunlaşdığı Palabek düşərgəsi yerləşir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top