Ərdoğan: Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində ən qısa zamanda xoş xəbər almağa ümid edirik

GÜNDƏM 28 oktyabr 2024, 19:58
Azərbaycan və Ermənistanın sülh prosesi çərçivəsində göstərdiyi səmimi səyləri yaxından izləyirik, ən qısa zamanda xoş xəbər almağa ümid edirik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

“Qarabağda 30 illik işğalın başa çatması ilə Cənubi Qafqazda daimi sülh üçün unikal fürsət yaranıb. İndi bu coğrafiyada sülh küləkləri əsir. Arzumuz odur ki, prosesə mane olmağa çalışanlara fürsət verilməmiş xoş xəbərlər alınsın. Azərbaycanlı qardaşlarımızla koordinasiyalı şəkildə işləməyə davam edəcəyik", - Ərdoğan qeyd edib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top