Hökumət binasını yandırmaqla hədələdi — Həbs olundu

DÜNYA 28 oktyabr 2024, 15:06
Ermənistanın paytaxtı İrəvanda yerli vətəndaşlardan birinin nazirliyin binasına daxil olması və aqressiv davranışlar göstərməsi barədə siqnal daxil olub.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs polis bölməsinə aparılıb.

Yolda o, yanacaq daşıyan tankeri Respublika meydanında partladacağı ilə hədələyib.

Yerli polis həqiqətən Respublika meydanının mərkəzində yanacaq daşıyan tankeri tapıb. Eyni zamanda polisə naməlum vətəndaşın İrəvan-Sevan (Göyçə) avtomobil yolunda yerləşən yanacaqdoldurma məntəqəsindən yanacaq daşıyan maşını oğurlaması barədə məlumat daxil olub.

Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı kişi saxlanılıb.

Aparılan araşdırmalar çərçivəsində yanacaq çəninin sahibi olan şirkət müəyyən edilib, həmçinin fövqəladə hadisə zamanı çəndə benzin olmadığı da məlum olub.

Məlum olub ki, hadisə baş verən gün saat 22:30 radələrində 36 yaşlı kişi Ermənistan hökumətinin 2-ci binasına daxil olaraq xarici işlər naziri ilə görüş tələb edib. Burada növbətçi polislə həmin şəxs arasında mübahisə yaranıb. Bundan sonra həmin şəxs oradan çıxıb, daha sonra qonşu binanın qəbul otağına daxil olub, burada polis mühafizə postunun yanındakı monitoru yumruqla vurub sındırıb.

Erməni polisi yanacaq tankerinin qaçırılması ilə bağlı halları aydınlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top