Keçmiş zabit qəzada həlak oldu — FOTOLAR

HADİSƏ 26 oktyabr 2024, 11:30
Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi "Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan "KamAZ”a çırpılıb.

Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb.

Bildirilir ki, qəzada vəfat edən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.






 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top