"Nikosayağı"nın düşdüyü ağır qəza təkrarlandı — Yenidən eyni cür... (FOTOLAR)

HADİSƏ 26 oktyabr 2024, 14:46

Ötən gecə Bakı 20 yanvar ərazisində dəhşətli qəza baş verib.

Demokrat.az Parol.az-a istinadla xəbər verir ki, bu qəza eyni ilə ötən ilin avqustunda məşhur bloger  “Nikosayağı”nın keçirdiyi qəzaya çox bənzəyib. 

Belə ki, "Mercedes" markalı avtomobil arxadan qarşıda gedən TIR-a çırpılıb. Avtomobilin yarıdan çoxu yük maşının altında qalıb və tamamilə yararsız vəziyyətə düşüb. 

Şahidlərin verdiyi məlumata görə qəza nəticəsində ölən olub. 

Qeyd edək ki, ötən il belə bir qəza nəticəsində “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli bir qolunu və yaxın dostunu itirdi.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top