"Bakı-Balakən sürətli qatarı istifadəyə veriləcək" — Rövşən Rüstəmov

İNFRASTRUKTUR 23 oktyabr 2024, 14:17
Azərbaycanda növbəti sürət qatarı Bakı-Balakən-Bakı istiqamətində bu ilin sonunda və ya gələn ilin əvvəlində açılacaq.

Demokrat.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırlıq işləri aparılır.

R. Rüstəmov bildirib ki, Balakən istiqamətində yol infrastrukturu yenilənir, çünki bu dəmir yolu xətti tamamilə köhnədir: "Balakənə yataq tipli vaqonlardan ibarət olan qatar istifadə olunacaq. Köhnə nəsil yataq tipli vaqonlar nisbətən müasirləşdirilməlidir. Məsafə uzaq olduğuna görə insanlar yataq tipli vaqonlar istəyirlər. Buna görə məsələlərə hərtərəfli baxılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top