Donald Tramp hamburger restoranında işlədi, Kamalaya söz atdı — FOTOLAR

DÜNYA 21 oktyabr 2024, 11:58
ABŞ-ın keçmiş prezidenti və bu posta namizəd Donald Tramp Pensilvaniya ştatında seçki kampaniyası çərçivəsində fast food restoranları şəbəkəsinə daxil olub.

Demokrat.az
xəbər verir ki, gəncliyində bu restoranların bir şöbəsində çalışdığını deyən Demokrat rəqibi Kamala Harrisə inanmadığını bildirən Tramp çıxış edib.

"Hər kəsə salam, bu gün bu restoranda ilk günümdür, iş axtarıram", deyə prezidentliyə namizəd bildirib.

Restoranda işçilərlə əl sıxan Tramp daha sonra pencəyini çıxarıb, önlük taxıb və kartof qızartma aparatından istifadə edərək işçidən məlumat alıb. Daha sonra o, maşının yanına gedib, kartofları qızardıb, digər əməliyyatlar edib və sürvis gözləyən bir neçə ailəyə menyu təqdim edib.

Ətrafdakı Respublikaçı tərəfdarlar Trampa böyük maraq göstərib, o, həm də servisə gələn müştərilərlə söhbət edib.

"Hazırda Kamaladan 15 dəqiqə çox işləmişəm" deyə Tramp zarafat edib və bildirib: "Mən bunu bütün həyatım boyu etmək istəmişəm və indi edəcəm, çünki Kamala bunu etmədi".

Hazırladığı kartof qızartmasını da mətbuat mənsublarına təklif edən Tramp bu müddət ərzində jurnalistlərlə söhbət edib. 

Qeyd edək ki, bundan əvvəl prezidentliyə digər namizəd Kamala Harris bir proqramda gəncliyində fast food şəbəkəsinin bir şöbəsində çalışarkən  kartof qızartdığını, daha sonra isə kassada işlədiyini deyib.







Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top