Avropa Parlamentinin deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər. Sənədin mətnində qeyd olunur ki, 495 nəfər qətnamənin lehinə, 73 nəfər əleyhinə səs verib, 86 nəfər isə bitərəf qalıb. Sənəddə bildirilir ki, 2023-cü ilin dekabrında Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusu verilsə də, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində qalib gələcəyi gözlənilən hakim “Gürcü arzusu” Partiyası getdikcə avtoritarlaşır. Anti-Avropa ritorikası ilə qəbul edilən yeni qanunlar söz azadlığını pozur, mediaya senzura tətbiq edilir, vətəndaş cəmiyyəti və QHT sektoruna məhdudiyyətlər qoyulur. Parlament hesab edir ki, belə qanunlar ləğv edilməsə, Gürcüstanın Aİ ilə münasibətlərində irəliləyiş mümkün olmayacaq.
Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstanın gəlir mənbələri elə də çox deyil, bunlar turizm və qrant layihələrindən əldə olunan gəlirlərdir:
“Gürcüstana ayrılan maliyyə vəsaitlərinin azalması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. İndiki dövrdə Ukraynada gedən müharibəyə görə xeyli turistin Gürcüstanda məskunlaşması və valyuta sərf etməsi indiki məqamda gəlirlərin azalmasını çox da hiss etdirmir, amma ümumilikdə iqtisadiyyat bundan təsirlənəcək. Məsələ təkcə Gürcüstanın hərbi, vətəndaş cəmiyyəti sahələrinə ayrılan yardımlardan getmir, eyni zamanda Gürcüstanın Avropa İttifaqı ilə münasibətlərinin pisləşməsi onun imicinə və ölkəyə qoyulan sərmayələrə və Qərbdən gələn digər yatırımlara da təsir edəcək. İndiyə qədər Aİ Gürcüstana subsidiyalar ayırırdı, çalışırdı ki, şirkətlər, investorlar gəlib burada müəssisələr açsınlar. İndi bunlar azalacaq. Görünür ki, Aİ ilə Gürcüstan arasında böhran dərinləşə bilər. Gələcəkdə ölkəyə sərmayə və valyuta qoyuluşlarının azaldığını görə bilərik. Bu da gələcəkdə iqtisadiyyatda ciddi təsirlər buraxacaq”.
Törə Zeynallı
Demokrat.az