Rusiyanın Belqorod vilayətində yerli səkkiz yaşlı qız atasının telefonundan naməlum şəxsə 180 min rubl köçürdüb.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Starıy Oskoldan olan 38 yaşlı kişi polisə şikayət edib. O bildirib ki, oktyabrın 5-də səkkiz yaşlı qızı onun telefonunda onlayn oyun oynayıb.
Oyunçulardan biri uşağa reytinqini artırmağı təklif edib. Naməlum şəxsin göstərişi ilə məktəbli qız bankın mobil proqramına daxil olaraq atasına məxsus 180 min rublu dələduzların dediyi hesaba köçürüb.
Kişi pulun silinməsi barədə mesaj alandan dərhal sonra qızının pis davranışından xəbər tutub.
Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti qeyd edib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə iş açılıb.
Mehriban Mirzəzadə
Demokrat.az