“Laçın şəhərinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı elan edilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Əminəm ki, növbəti illərdə Laçına gələn hər bir xarici qonaq onu gözəlliyinə heyran qalacaq”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Anar İsgəndərov deyib. A.İsgəndərov qeyd edib ki, Laçın qədim və tarixi Azərbaycan torpağıdır:
“1992-ci ilin mayında Laçın şəhəri və rayonun kəndləri işğala məruz qaldı, bölgənin tarixində qaranlıq dövr başladı. Rayondakı bütün tarixi dini və mədəniyyət abidələri məhv edildi. Azərbaycanlı əhali bu ərazidən çıxarıldığına görə Suriyadan, Livandan və digər Yaxın Şərq ölkələrindən ermənilər buraya köçürüldü, sanki öz tarixi torpaqları imiş kimi burada yaşamağa başladılar. 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra Laçının işğaldan azad edilməsi rayonun tarixində yeni mərhələnin başlanğıcı oldu.
Laçında gecə-gündüz quruculuq işləri gedir, artıq Laçın şəhəri sözün həqiqi mənasında cənnətə çevrilib, dünyanın ən gözəl yaşayış məntəqlərindən biridir. Laçın dünyanın mədəniyyət paytaxtları arasında ilk yerləri tutacaq bir şəhərdir. Tarixi şəhərimizin, onun kəndlərinin bugünkü inkişafı göz qabağındadır, dünya da bu tərəqqini görür”.
Qeyd edək ki, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında bu qərarı təsdiqləyib.
Törə Zeynallı
Demokrat.az