Kəndlilər 5G-yə görə mobil qülləni aşırıblar

DÜNYA 10 oktyabr 2024, 16:33
Başqırdıstanın Taşbulatovo kəndinin sakinləri 5G simsiz texnologiyası ilə bağlı narahatlıqlarına görə mobil qülləni uçurublar.

Demokrat.az xəbər verir ki, mobil operatorun verdiyi məlumata görə, ötən həftəsonu kənd sakinləri bərkitmə boltlarını açıb və nəticədə qüllə elektrik xəttinin üzərinə düşüb. Qeyd olunur ki, bu, sözügedən ərazidə ilk dəfə deyil. 

Jurnalistlər rayon icra başçısından münasibət öyrənmək istəsələr də, onunla telefonla əlaqə saxlaya bilməyiblər.

Kalininqrad vilayətində isə üç yeniyetmə mobil telefon qülləsini yandırmağı planlaşdırıblar və yerli sakin nəyinsə səhv olduğundan şübhələnərək polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gecə yarısı 15-17 yaşlarında olan üç yeniyetmə maska taxaraq qüllənin ərazisinə daxil olmağa cəhd edib. Gənclər saxlanılıb.

Mehriban
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 noyabr 2024, 08:30
Top