D vitamini çatışmazlığı bunlara səbəb ola bilər

GÜNDƏM 10 oktyabr 2024, 16:38
Çinli tədqiqatçılar  D vitamini çatışmazlığının zəiflik və sümük ağrısı ilə əlaqəli olduğunu bildiriblər.

Demokrat.az
xəbər verir ki, mütəxəssislər D vitamininin kardiometabolik risk faktorlarına təsirini araşdırıblar.

Endokrinoloqlar onun istifadəsinin sümük formalaşmasında faydalı olduğu qənaətinə gəliblər.

Alimlər həmçinin D vitamininin qan təzyiqi, xolesterin, insulin və qlükoza səviyyəsini normallaşdırdığı qənaətinə gəliblər.

Britaniyalı dietoloq Edvard Mater ultrabənövşəyi radiasiyaya məruz qalması səbəbindən göbələklərdə çoxlu miqdarda D vitamini toplandığını bildirib. Göbələkdən istifadə edərək orqanizmdə bu vitaminin çatışmazlığını əvəzləmək olar.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top