DNT testindən keçən qadın ərinin doğma əmisi oğlu olduğunu öyrəndi — FOTOLAR

DÜNYA 09 oktyabr 2024, 19:58
Amerikalı qadın DNT testindən keçmək qərarına gəlib və ərinin doğma əmisi oğlu olduğunu öyrənib.

Demokrat.az
xəbər verir ki, bu barədə "İndependent" qəzeti yazıb.

Selina Quinones ailə mənşəyinin sirlərini açmaq üçün DNT testindən keçmək qərarına gəlib. Lakin maraqlı kəşflər əvəzinə nəticə gözlənilməz olub - qadın öyrənib ki, 18 ildir evli olduğu və üç övladı olan əri Yusif əslində onun əmisi oğludur.

Selina boşanmaq barədə fikirləşib, lakin sonra qərara gəlib ki, ailə tam olaraq qalsa, uşaqlar üçün daha yaxşı olar. 

Cütlüyün böyük oğlu etiraf edir ki, bəzən bu əhvalatla bağlı özünü qəribə hiss edir. Onların qızı isə valideynləri uzun müddətdir evli olduqları üçün vəziyyəti
normal hesab edir.

Quinones əhvalatı sosial şəbəkədə paylaşdıqdan sonra cütlük çoxlu mənfi şərhlər və təhqirlərlə üzləşib. Yusif qeyd edib ki, ən çox uşaqlarının qeyri-adi nəsillərinə görə istehza hədəfinə çevriləcəyindən qorxur.

"Ancaq bütün bunlar ortaya çıxandan sonra heç nə dəyişmədi, gələcəyimiz hələ də parlaq görünür", deyə cütlük bildirib.





Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 noyabr 2024, 18:06
Top