Azərbaycanın QHT sektoru COP29 çərçivəsində regional və qlobal səviyyədə indekslərin formalaşmasında, problemlərin həlli istiqamətində konsepsiya ortaya qoyur.
Demokrat.az xəbər verir ki, bunu Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Azərbaycan QHT-ləri üçün COP29-da Yaşıl Bölgə ilə əlaqədar məlumat sessiyasında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həyata keçirilən fəaliyyətlərin qlobal səviyyədə iqlim dəyişmələrində ciddi rolu var:
"Regional və qlobal oyunçular Azərbaycanın iqlim dəyişmələri mövzusunda ortaya qoyduğu yeni yanaşmanı dəstəkləyirlər. Azərbaycan QHT sektoru qərargah tipli beyin mərkəzi formalaşdırıb. Bu beyin mərkəzi planetin iqlim dəyişmələri məsələsində "nələr təklif edə bilərik" mövzusu üzərində işləyir". (Report)