Naməlum şəxslər yaralı əsgərin pulunu oğurladılar

DÜNYA 08 oktyabr 2024, 21:36
 Rusiyada yaralı əsgərin kartından  bir milyon rubl pul oğurlanıb.

Demokrat.az xəbər verir ki,  bu barədə Rusiya Dövlət Dumasının deputatı Maksim İvanov öz Telegram kanalında məlumat verib.

O vurğulayıb ki, əsgərin bacısı ona yaxınlaşıb və bildirib ki, qardaşı yaralanandan sonra ona şəxsi əşyaları verilib, onların arasında bank kartı olmayıb. Bacı qardaşının xəsarət aldığını biləndən bir gün əvvəl naməlum şəxslər kartdan təxminən bir milyon rubl çıxarmağa müvəffəq olub və bir hissəsini mağazada xərcləyiblər. 

Deputat əlavə edib ki, əsgərin qohumu onunla əlaqə saxlayıb.

İvanov əlavə edib ki, səlahiyyətli orqanlarla birlikdə nə baş verdiyini araşdırmağı planlaşdırır.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top