MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb — FOTO

MEDİA 07 oktyabr 2024, 16:16

X sosial şəbəkəsində “@Dr.EliDavid” adlı hesab vasitəsilə Azərbaycan Respublikasının Rəhbərliyi adından saxta məlumat yayılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilib.

"Bununla əlaqədar olaraq, adıçəkilən sosial şəbəkə platformasına məlumatın saxta olduğu bildirilmiş və paylaşımın X sosial şəbəkə platforması tərəfindən operativ qaydada silinməsi təmin olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin keçirilən bütün tədbir və görüşlərdəki çıxışlarının, səsləndirdiyi fikirlərin mətni Prezidentin rəsmi veb-saytı və sosial şəbəkə hesabları, həmçinin informasiya agentlikləri vasitəsilə yayımlanır", - məlumatda qeyd olunub.

 

 

  •  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 15:10
21 dekabr 2024, 14:12
21 dekabr 2024, 13:40
Top