Ukrayna səfirindən Azərbaycana təşəkkür — FOTO

GÜNDƏM 06 oktyabr 2024, 21:47

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Qəbələ Uşaq Reabilitasiya Mərkəzində terapiya alan ukraynalı uşaqları ziyarət edib.

 Demokrat.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Müdafiəçilərimizin ailələrindən olan 30 uşağın terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə baş çəkməkdən şərəf duyuruq. Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq. Növbəti qrupu səbirsizliklə gözləyirik!" , - deyə səfir qeyd edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top