İsrail prezidenti NATO-nun analoqunun yaradılmasını təklif etdi

DÜNYA 06 oktyabr 2024, 22:46

İsrail Prezidenti İsxak Hersoq Yaxın Şərqdəki siyasi qüvvələri İrana qarşı birləşməyə və radikallara qarşı mübarizə aparmaq üçün NATO kimi ittifaq yaratmağa çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

İsrail prezidenti regionun sakinlərinə və siyasi qüvvələrinə, xüsusən də İran və Livan xalqına müraciət edərək, Tehranın qarşısını almağa çağırıb.

O, İranı Yaxın Şərqin təhlükəsizliyinə real təhlükə adlandırıb. Hersoq İsrailin Tehrana qarşı cavab planının nəzərdən keçirildiyini xatırladıb, lakin mümkün cavabın formatını və ya vaxtını açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top