Beyrutda jurnalistlərə hücum etdilər

HADİSƏ 03 oktyabr 2024, 21:26
Belçikanın VTM telekanalının çəkiliş qrupu Beyrutun mərkəzində reportajla məşğul olarkən hücuma məruz qalıb.  

Demokrat.az
xəbər verir ki, bu barədə Belçikanın "Belqa" agentliyi məlumat yayıb.

Məlumata görə, müxbir Robin Ramakers və operator Stein De Smet oktyabrın 2-də axşam Livanın paytaxtında baş vermiş partlayışla bağlı reportajı lentə alırdılar, bu zaman onlara qeyri-müəyyən şəraitdə hücum edilib. 

Bildirilir ki, operator şəhərdəki xəstəxanadadır, ayağından aldığı yaradan müalicə olunur. Müxbir də üzündən xəsarət aldığı üçün başqa tibb müəssisəsində müşahidə altındadır.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top