Xəbər verdiyimiz kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə başlanılıb. Prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir. Təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir.
Təhsil eksperti Elşən Qafarov Demokrat.az-a açıqlamasında deyib ki, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində bəzi neqativ hallar yaşanır:
“Bizim ümumi təhsil sistemimiz demək olar ki, imtahanlardan ibarətdir. İmtahanların sayı təxminən 70-dən yuxarıdır. Bunlardan biri də müəllimlərin qarşılıqlı yerdəyişməsidir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi neqativ halların qarşısını almağa çalışır, amma bəzi müəllimlər yerdəyişmə prosesində çalışma yaş həddini tamamlamağa 1-2 il qalmış müəllimlərə müəyyən ödəniş etməklə yerdəyişmə edirlər. Məsələn, deyək ki, rayonların birində işləyən müəllim Bakıda müvafiq iş stajına 1-2 ildən sonra çatacaq müəllimə 10-15 min, 20 min verməklə onu razı salır və qarşılıqlı yerdəyişmə edir. 1-2 ildən sonra çalışma yaş həddinə çatmış müəllim işdən çıxır. Belə hallar da var. Düzdür, hazırda müəllimlərin işə qəbulu və yerdəyişməsi daha sistemli xarakter daşıyır, amma sistem başdan ayağa imtahanlardan ibarətdir. Bəs, keyfiyyətə, idarəetməyə, nəzarətə nə vaxt zaman ayrılacaq?!”
Ekspertin sözlərinə görə müəllimlərin iş yerini dəyişməsinin əsas səbəbi ərazi məsələsidir:
“Bakıda yaşayan müəllim MİQ imtahanının nəticəsinə görə bölgələrdən birinə düşür, amma Bakıda yaşamağa davam etmək istəyir. Bir çox müəllim düşdüyü bölgədə dərs demir, sadəcə adları məktəbdə gedir. Bəziləri isə hər gün Bakıdan rayona gedir, yaxın məsafədə yerləşən rayonlara getmək üçün belə hər gün 100 km yol qət etməli olurlar. Rayonlarda müvəqqəti yaşayan müəllimlər də var ki, onların ən böyük istəyi Bakı məktəblərindən birinə yerdəyişmə etməkdir. Ailəsi Bakıda yaşayan, özü də paytaxtda yaşamaq, inkişaf etmək istəyən müəllimlər var. Bu səbəblərdən dolayı paytaxta yerdəyişmə etmək istəyən müəllimlərin sayı daha çoxdur”.
Qeyd edək ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq.
Törə Zeynallı
Demokrat.az