Məktəblərdə xarici dilin tədrisində bir sıra problemlər var. Bəzi şagirdlər və valideynlər tez-tez ingilis, rus və digər xarici dilinin çox çətin, ya da keyfiyyətsiz tədris edildiyi ilə bağlı narazlıqlarını dilə gətirirlər. Belə ki, bəzi şagirdlər 11 il ərzində məktəbdə xarici dil tədris olunmasına baxmayaraq, kurslarda 3-6 ay ərzində həmin dilin əsaslarını öyrənə bilir.
Bəs, təhsil müəssisələrində xarici dilin tədrisi ilə bağlı hansı boşluqlar var?
Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran təhsil eksperti Vüsal Kərimli bildirib ki, bu problem təkcə ingilis dilinə aid deyil:
“Şagirdlərə 11 il müddətində xarici dillərin tədris olunmasına baxmayaraq, onlar bu dilləri normal mənimsəyə bilmirlər. Lakin 6 və ya 1 illik kurslarda isə dili daha tez öyrənə bilirlər.
Nəzərə almaq lazımdır ki, orta məktəbdə şagirdlərə dərslər kurslardakı kimi aşılanmır. Orta məktəb dərsliklərindəki xarici dil daha çox qrammatik cəhətdən aşılanır, onların gələcəkdə daha akademik səviyyədə bu dilin öyrənilməsini təmin etmək nöqteyi nəzərdən yanaşılır.
Kurslarda isə tələbələrə akademik deyil, daha çox danışıq bacarıqlarını inkişaf etdirdikləri üçün şagirdlərin xarici dilləri öyrənməsi daha effektiv olur”.
Mehriban Mirzəzadə
Demokrat.az