Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un şəbəkəsində texniki problemlər yaranıb.
Demokrat.az xəbər verir ki, şirkətdən “APA-Economics”ə bildirilib ki, paytaxtın bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində şəbəkənin normal fəaliyyəti bərpa olunacaq.