Bu gün dövlət qulluğu imtahanı keçiriləcək

GÜNDƏM 22 sentyabr 2024, 08:28
Sentyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirir.

DİM-dən Demokrat.az-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan və kompüterlər vasitəsilə keçirilir. İmtahan vermək üçün 132 nəfər qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Buraxılış vərəqəsində imtahanın yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib.

Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 sentyabr 2024, 10:52
22 sentyabr 2024, 08:36
Top