Arzu Nağıyev: "Antiterror əməliyyatları ilə dünyaya göstərdik ki,..."

GÜNDƏM 19 sentyabr 2024, 14:27
"Azərbaycan Ordusu və xüsusi xidmət orqanlarının Qarabağ ərazisində keçirdikləri antiterror əməliyyatından artıq bir il ötür. Antiterror əməliyyatlarının keçirilməsində əsas məsələ, Azərbaycanın tam şəkildə öz ərazi bütövlüyünü və suvernliyini bərpa etməsi, ərazimizdə yuva qurmuş terror təşkilatını birdəfəlik Azərbaycandan qovmasıdır". 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. 

O bildirib ki, bu əməliyyatlar erməni terror təşkilatının qarşısını almaq məqsədilə keçirilib:

“Antiterror əməliyyatları bütün müharibə qanunlarına uyğun olaraq sivil şəkildə aparılan əməliyyatın göstəricisidir. Nəticədə düşmənin 30 ildən artıq Azərbaycan xalqına qarşı törətdiyi əməllərə görə, separatçı qüvvələrin rəhbərlərinin həpsi və Bakıya gətirilməsi ilə kuliminasiya nöqtəsi oldu. Bu gün onların istintaqı davam edir. Əsas məsələ isə antiterror əməliyyatı nəticəsində hər hansı beynəlxalq hüquq normaları pozulmadı. 

Düşünürəm ki, antiterror əməliyyatının taktikası, aparılma qaydası haqqında beynəlxalq təşkilatlar da öz nəticələrini çıxardı və bizə qarşı hansısa irad tutmaqdan vazkeçdilər. Bu mühüm məsələ idi. Antiterror əməliyyatları ilə dünyaya göstərdik ki, bizim heç bir ölkə ərazisinə təhdid etmək, kiminsə torpağını əlindən almaq fikirimiz yoxdur. Biz öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik.

Bu əməliyyatlarda bir çox qəhrəman şəhidlərimiz oldu, Allah onlara rəhmət etsin! Qazilərimizə isə tez bir zamanda sağlamlıqlarına qovuşmaqlarını arzu edirəm”.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top