Məktəblilərdən Leyla Əliyevaya hədiyyə — VİDEO

GÜNDƏM 19 sentyabr 2024, 08:54

Xəbər verdiyimiz kimi, sentyabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Biləsuvar rayonunda yeni inşa edilən Bəydili kənd tam orta məktəbində olub.

Demokrat.az xəbər verir ki, Leyla Əliyeva məktəbin müəllimləri, şagirdləri və onların ailə üzvləri ilə söhbətləşib.

Məktəblilər Leyla Əliyevaya gül hədiyyə ediblər.

Daha sonra Biləsuvar rayonunun Bəydili kənd tam orta məktəbinin direktoru Nurlan İmanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya yeni inşa edilən binada yaradılan şərait barədə məlumat verib.

Görüntüləri təqdim edirik:

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top